İlham Qasımzadə

Qurdbasar küçüklərinin təbii şəraitdə həyatının uzun müddətli müşahidələri göstərir ki, belə küçüklər ev şəraitində və ya fermalarda böyüyən küçüklərdən kəskin fərqlənirlər. Tərəfimizdən müvafiq peyvəndlər vurulduqdan sonra eyni qurdbasarların balalarından birini yatağa, digərini isə həyətyanı , sahədə saxladıq. Bir il keçdikdən sonra yataqda böyüyən küçük digər qardaşından kəskin surətdə fərqlənmişdir. Bu kiçik məqalədə sırf öz müşahidələrimlə bölüşməklə yanaşı, qurdbasar küçüklərinin inkişafında zəruri olan əsas səbəbləri və amilləri də göstərməyə çalışacam.

İlk növbədə yaylaqda rəngarəng təbii şərait, böyük ərazi, quru hava, yay otlaqlarının kiçik çay və göllərində sərinlənmək üçün imkanlar vardır. Bərk istidən ağac və ya kolluqların altında gizlənmək, axşama yaxın isə temperatur küçüklərə dincəlmək imkanı yaradır. Qışda isə qışlaqda otlayan mal-qaranın yığılmış peyinin üzərində uzanır, özləri üçün qazdıqları səngərvari yuvalarda soyuqdan gizlənirlər. Yaylaqda böyüyən qurdbasarların tükü gözəl və parıltılı olur. Həyət şəraitində və ya pitomniklərdə böyüyən küçüklər isə bərk istidən əziyyət çəkir, nəmişlikdə tüklərində solğunluq müşahidə edilir, ona görə yay vaxtı Abşeronda, digər isti bölgələrdə havanın temperaturu yüksək olduğuna görə küçükləri sərin su ilə sərinlətmək məcburiyyətində oluruq. Yaylaqlarda küçüklərdə bizim müşahidəmizə görə demək olar ki, dəridə parazitlər (hər növ gənə, birə və s.) çox cüzi olur. Belə düşünürük ki, bu sərin temperatur və kiçik çaylarda və sututarlarda orqanizmlərini tez-tez sərinlənmək imkanı ilə bağlıdır. Yayda şəhər şəraitində

böyüyən küçüyün orqanizminə nəinki fayda, həm də zərər verə bilən parazitlərə qarşı dərman preparatlarından istifade etməyə məcburuq.

Keçək qida kimi digər əsas amilə. Qışlaq şəraitində qurdbasar küçüklərini süd (inək, keçi və qoyun) ilə bəsləyirlər. 4 ayına qədər. Düzdür əsas seçilmiş küçükləri çoban -- həvəskar 6-7 ayına qədər süd və süd məhsulları ilə bəsləyirlər. Düşünürəm ki, bir çox insanlar südün xeyirli xüsusiyyətləri haqqında bilirlər. Lakin qeyd etmək istəyirəm ki , kalsium və digər qida maddələrindən başqa, süd orqanizmdə həmdə şlakları neytrallaşdırmaq xüsusiyyətinə malikdir. Sovetlər dönəmində hələ, kimya sənayesinin işçilərinə zərərə görə meyvə və şirələr deyil, məhz süd verirdilər. İtlərə, 24-cü günündən sonra ana südü ilə bərabər əlavə süd verməyə başlayırlar. İtlər, küçüklər arpa və qarğıdalı fətirlər ilə qidalanırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, pendir emalı zamanı duzlanılmış-ağartı su əmələ gəlir ki, İlboyu küçüklərə və böyük qurdbasarlara verirlər. Duzlu suyun tərkibində kalsium, mikroelementlər, bağırsaq mikroflorasının üçün faydalı bakteriyalar, natrium-xlor vardır. O inkişaf edən skeleti, küçüyün diş sistemini bərkidir , həmçinin qurdqovucu funksiyasına da malikdir. Digər xüsusi məhsul bütün böyük itlər və

küçüklər üçün heyvanların (əsasən keçi və qoyun) plasentasıdır. İtlər plansentanı yedikdə sürüdə gələn doğuşa qədər orqanizmlərinin zülal-protein ehtiyatını bərpa edirlər. Bir çox biokimyaçılar və bioloqlar plansentanın zülal tərkibi və bərpaedici funksiyası olan proteinlər haqqında yaxşı bilirlər. Yataq şəraitində böyüyən küçüklər tərkibində vitaminlər olan şəfalı otların, bitkilərin bəzilərini yemək imkanlarına malikdirlər. Bu zaman pitomnik və şəhər şəraitində it yetişdirən şəxs itlərin sağlam və möhkəm böyümələri üçün bahalı vitamin və yemlər almaq məcburiyyətindədir. Yataq şəraitində bəzən qurdbasarlar ölü heyvanların ov və cəmdəkləri ilə qidalanırlar. Belə qida düzümündə itlərin bağırsaq və mikroflorası müxtəlif xəstəliklərə qarşı daha uyğunlaşdırılmış və davamlı olur.

Başqa bir səbəbə keçmək istəyirəm, hansı ki küçüyün inkişafında əsas – fiziki yükdür. Bu haqda çox yazırdılar, amma qeyd etmək istəyirəm ki, bütün imkanları ilə böyük yük gəzmək deyil ki, şəhər şəraitində olan gəzintinə qədər çox olsa da yataqlarda olan gəzintiyə çata bilməz. Yataqda 3 aylıq küçükləri tədricən yaxşı hava şəraiti zamanı quzuları otarmağa çobanlar özləri ilə aparırlar. Adeten çobanlar kiçik vaxtlardan küçükləri öyrətməyə başlayırlar. Tədricən gəzintilərin miqdarı artırılır (gündə 5-7 km) və küçüklər gecələr sürü ilə ərazini qorumağa başlayırlar. Yamac boyu qalxarkən və enərkən, bütün hərəkər aparatı, o cümlədən bütün əzələlər aktiv inkişaf edir. Onurğa sütunu möhkəmlənir və küçük çox bərk ayaq üstə durur. May ayında isə böyük küçükləri yay otlaqlarına ən çətin yürüş gözləyir. Bu uzun yol sürü ilə marşurutdanaslı olaraq 4 gün çəkir və 300-400 km-dir. Bu Qurdbasar üçün çox böyük səy və enerji tələb edən prosesdir. Hər küçük bu yükə davam gətirə bilmir, bəzən onları maşında aparmaq lazım olur. Yay otlaqlarında bir qədər istirahətdən sonra yeni fiziki hərəkətlər başlanır. Sürü ilə dağ yamaclarının üst hissəsinə yürüşlər edirlər. Yataqda təhlükə halında ərazinin mühafizəsində gecə kütləvi qaçışları nəzərə almasaq qurdbasarlar hər gün 14 km gedib , qayıdırlar.

Qurdbasarın inkişafı zamanı böyük əhəmiyyət daşıyan sonuncu amilə keçmək istəyirəm ki, bu da küçüyün otlaq şəraitində əldə etdiyi təcrübə və ya "gənc döyüşçü kursu"dur. Küçük valideynlərindən, təcrübəli erkək və dişilərdən çox yeniliklər alır, həmçinin kimin qohum, kimin düşmən və yırtıcı olduğunu anlayır. Bir yaşına kimi böyüyən küçüklər məkana rahat alışa bilir və açıq sahədə özlərini təmkinli aparırlar. Yaylaqda təcrübəli dişi itin küçüyə havadan təhlükəsizliyə necə reaksiya vermeyi, hərəkət etməyi, Müdafiə olunmağı öyrətməyini müşahidə etdik. Ev quşlarının xüsusi təhlükə siqnalından sonra dişi qurdbasar döyüş hazırlığı vəziyyətini alırdı və toyuqları almaq istəyən yırtıcı quşların hücumunu dəf etməyə hazır idi. Bundan əlavə cavan küçüklər öz aralarında münasibəti həll edirlər, Yırtıcı, qonşu yataqların itlərinin hücumlarına reaksiya verirlər. Belə şəraitdə iş keyfiyyəti və liderin, döyüşçünün aşkar edilməsi it yetişdirənə asan başa gəlir. Birillik erkək, pitomnikdə böyüyən qardaşından fərqli olaraq hündürlükdə 7 sm və çəkidə 6-7 kg, həmçinin daha güclü skeleti, diş sistemi vardır. Həmçinin birincinin enli döş qəfəsi və uzun bədəni olur. Dişi qurdbasarlarda həmçinin yalda və çəkidə pitomnikdə saxlanan doğma bacılarını ötüb keçirlər, daha südlü olur,sağlam,iri küçüklər verirlər. Beləliklə, yataq şəraitində böyüyən qurdbasarları şəhərə götürsək, ondan istənilən işçi keyfiyyəti olan it hazırlamaq olar.

Bu məqalədə mən bir daha göstərmək istədim ki, ana, təbiət- olan yerdə təbii mühit və şəraitdə qurdbasarın inkişafı, dünyada qeyri-təbii şəraitdə yetişdirilmiş itlərdən üstündür.

İstifadə edilən materiallara görə sayta və müəllifə istinad edilmelidir.