Əziz qurdbasarsevərlər! Azərbaycan Qafqaz İt Cinsləri İctimai Birliyi Milli sərvətimiz olan qurdbasarlarımızın Sizə tanıtımını həvəslə davam etdirir!!! Məlumat veririk ki, məhşur Qarabağ atlarının yetişdiricisi və qorunub saxlanılmasında əvəzsiz xidmətləri olan Yaşar Quluzadə, Latviyalı tanınmış fotoqraf-rəssam, at seleksiyaçısı xanım Dace Strausa İctimai Birliyimizin qonağı olmuşlar!

Qonaqlar damazlıq qurdbasarlarımızla maraqlanmış və bizə dəyərli məsləhətlər vermiş, peşəkar fotolar çəkmişlər. Yaşar Quluzadə İctimai Birliyin rəhbəri İlham Qasımzadənin uzun illər qurdbasarlarımızın qorunması, dünyaya tanınmasında böyük işlər gördüyünü vurğulamışdır! Birliyin İdarə Heyətinin üzvlərinə xüsusən Cəsarət Həsənov və Samir Axundovun son fəaliyyətlərini yüksək qiymətləndirmişdir! Latviyalı rəssam Azərbaycan Qurdbasarlarının hər birini ayrıca sənət əsəri olduğunu qeyd etmişdir!