İt döyüşləri, tarixən insanlar üçün tamaşa yoxsa zərurətdir? Bu məqalədə biz neçə illər ərzində müşahidələrimiz, şəxsi fikrimiz əsasında ifadə edirik. İt döyüşləri hər gün mühafizə xidməti çəkən, ilk növbədə döyüş bacarıqlarına malik olmalı , itlər üçün tələb olunur . Bu Qafqaz, Orta- Asiya çoban itlərinə aiddir, Onların əsas xüsusiyyəti – sürünü vəhşi heyvanlardan, xüsusən canavarlardan qorunmasıdır.

Bir çox tarixi mənbələrin təsdiq etdiyi kimi ( ümumilikdə, bütün tədqiqatçılar eyni fikirdədir) Qafqaz və Orta Asiya çoban itləri qədim zamanlardan başlayaraq XX əsrə qədər özlərinin əsas sürünü qorumaqdan başqa qədim, orta əsr şərq hökmdarlarının döyüş itləri kimi istifadə olunub, zastava və qalaları qoruyub, kəşfiyyatçı, düşmənlərə hücum edib, onları məhv edib. 19-cu əsrin birinci yarısında rus qoşunlarının baş komandanı Sisianov birləşdirilmiş ərazilərdə postlar , zastavalar, istila edilmiş şəhər və qəsrlərdə mühafizə bölmələri yaradıb, burada yalnız Qafqaz çoban itləri xidmət edib, onlar həm piyada, həm də süvarilərlə döyüşüb. Qafqazın Rusiyaya tamamilə birləşdirilməsindən sonra bu itlər İran, Türkiyə ilə sərhəddə xidmət ediblər.. Sülh dövründə bu itlər qoyun sürülərini, insan məskənlərini yalnız canavarlardan deyil, həm də vaşaq, ayı, leopard, pələng kimi iri yırtıcılardan qoruyub. Azərbaycanın bir neçə regionunda bir neçə itin pələnglərə hücumu haqqında 1953 -cü il məlum olub, ötən əsrin sonlarında Xəzər Pələngi artıq yox olmuşdu.

"Dost"("Druq") jurnalının nömrələrinin birində Qafqaz və Orta Asiya çoban itləri haqqında məqalə dərc olunub (Müəlliflər qeyd olunmur), çünki onlar həqiqətən də bilikli mütəxəsislərdir, lakin çoban itlərinin tarixi ilə ətraflı şəkildə tanış deyil, buda təbidir, bütün cinslər haqqında məlumatlarının olmağı mümkün deyil. ) Həmin məqalədə Qafqaz çoban itinin canavarla döyüşə çıxa bilmə qabiliyyətinə şübhə ilə yanaşılıb, və jurnal işi "Qafqaz və Asiya yerli itlər" təsvir edilmişdir, "Qafqaz və Asiyanın yerli itləri" jurnalında isə canavarların qoyun sürüsünə hücum etdiyi, zaman, it döyüşlərində iştirak etmiş itdən başqa qalan itlərin qaçıb getməsi haqqında məqalə dərc olunub. Müəyyən dərəcədə bununla razılaşmaq olar. Ring və döyüşdə möhtəşəm nəticələr göstərmiş çempionlar məlumdur. Kinoloq A.Ryabinin 30-cu illərin "Topuş" ləqəbli Qafqaz çoban itinin tarixini təsvir edir (Sovet İttifaqının ən elit itləri kitabına daxil edilib), təkbaşına 3 canavarın üzərinə yürüyüb, həyatında 100 -dən artıq yırtıcı məhv edib. İndiki kinoloqların çoxunda bu hadisə inamsızlıq hissi yaradır. Lakin, yuxarıda təsvir olunmuş hadisənin sadə izahı var. Qafqaz və Orta Asiya çoban iti kəsici çənəyə və boğucu qapmaya malikdir. Bir neçə yırıtıcı ilə təkbətək döyüş zamanı canavar iti kəsici qapma texnikasından istifadə edir. Hal-hazırda əsl çoban itləri getdikcə azalmaqdadır.

Azərbaycanda və ümumilikdə Qafqazda 90-cı illərin ortalarından sonra yerli itlərin vəziyyəti acınacaqlı olubdur. Vəziyyət o yerə çatıb ki, Qafqaza küçüklər Rusiya, Ukrayna və digər SSRİ respublikalarından gətirilməyə başlanılmışdır.

Lakin ən maraqlısı ondan ibarətdir, ki, valideynlərinin, hündürlüyü 90 sm və daha artıq , olan gətirilmiş küçüklər Qafqazda, (bunu xüsusilə Azərbaycana gətirilmiş itlər haqqında demək olar) öz doğma standartlarına yaxınlaşırlar.

Hazırda qurdbasarların vəziyyəti tədricən yaxşılaşmaqdadır. Gənc çobanlar itləri köhnə, dədə-baba qaydası ilə saxlayır və seçirlər. İtlərdə qoyun sürülərini və sahiblərinin mülkiyyətini son ilıər Azərbaycanda sayı artmış canavarlardan yaxşı qoruyurlar, Arxivə görə, qurdbasarlar, 1977 -ci ildə iki canavarı boğub , öldürmüşdür.

Əsas mövzüya qayıdaq- it döyüşləri lazımdırmı?!

Məhz döyüşlərdə ən yaxşı iti seçirlər . Xüsusilə də əgər bu qoyun sürüsü itləridisə.

Bu döyüşlərdə yaxşı fiziki göstəriciləri olan itlər seçilir, bizdə, yüz illər boyunca it döyüşlərinin aparılma qaydaları təşəkkül edib. Döyüşlər milli bayramlarda keçirilib. Bununla da ənənə davam edib. Döyüşlərdə yalnız qurdbasar it cinsinin nümayəndələri iştirak edib. Bu döyüşlərdə damazlığa, təsərrüfata yararlı itlər seçilirdi. Bu döyüşlərdə yerli itlərdən başqa it görmək olmurdu.

Rəssam Əzim Əzimzadə “it mübarizəsi” 1938 il.

Ən yaxşı itlərin müəyyən edilmə sistemi mövcüd olub. Çempion olmaq üçün, qurdbasar bütün mövsüm boyunca qalib gəlməli idi. Tam çempion, ildə bir dəfə Novruz bayramında müəyyən olunurdu. (Orta Asiyada döyüşlərin finalı həmin dövrə təsadüf edir). Çempionlar haqqında əfsanələr nəsillərdən nəsillərə ötürülüb. Görkəmli qurdbasarlar mənəvi dəyərə çevrilir və heç bir pula satılmırdı.

Hazırda, Azərbaycanda keçirilən döyüş qaydalarına əsasən, passivlik, diş ağardan, səs edən it uduzmuş hesab olunur. Bir çox faktlar mövcuddur ki, təcrübəli döyüşçülər, şərtsiz favoritlər döyüşü dayandırıb və vuruşmayıb. Belə itlərin sahibləri (İt sahibləri döyüşlərə mütəxəsis kimi yanaşmırlar) iddia edib ki, rəqib dişini ağardıb. Lakin, indi videokameralar var, çünki hakim vuruşan itlərdə ağaran dişi görməyə bilər. Yalnız nəzarət baxışı təsdiq edib ki, rəqib diş ağardıb. Buda onu göstərir ki, Qurdbasarların ağıllı olmasını, alicənablığını göstərir, döyüşün yarış olduğunu bilir və rəqibi öldürmür. Təbiətdə yırtıcıya isə aman verməyəcək.

Döyüş itləri- pitbullar,staflar, amerikan buldoqları və s. haqqında nə demək olar?

Bu, sözsüzki maraqlı heyvanlardır, baxmayaraq ki, kinoloqların fikirləri fərqlənir. Hal-hazırda döyüş cinsindən olan bir çox itlər adi insanlarda acımasız, gözünü qan bürümüş qladiatorlar ilə assosiasiya olunur: Güclü olmalarına, döyüşkən, çətin tərbiyə olunduqlarına görə, nəticədə çox ölkələrdə bu itlərin yetişdirilməsinə qadağalar qoyulur. Lakin pitbullu qladiatorla müqayisə etmək düzgün deyil. Qladiatorlar arenada ölürlər. Bu itlər, yalnız döyüşdə deyil, həmdə döyüşlərdən sonra həm yaralardan, həmdə gərginlikdən ölə bilirlər.

çox saat davam esən döyüşlər, it sahiblərinin həyəcanı, getdikcə çoxalan maraq, materiallın çoxluğu, itlərin mərc iştirakçıları olmasına gətirib çıxaran səbəblərdəndi. Pitbullar , arasında döyüşlərin keçirilməsi , çempionun müəyyən edilməsi sistemi orginaldır. Döyüş qaydaları Qafqazda, Mərkəzi Asiyada daha yaxşıdı. Bu döyüşlərə baxmaq (Hər halda bizim üçün belədi) yaxşıd deyil.. Buna görədə pitbulların qəddar döyüş qaydalarını bir qədər yumşaltmaq pis olmazdı.

Videokassetdə, pitbulun məhşur çoban iti (Belə bir it üçün İ.Semenova təşəkkür edirik.) Qabo ilə döyüşünə baxdıqdan sonra itin sahibinin qəddarlığına təəccüblənmək olur, o (adı yadda deyil), döyüşü saxlamır, baxmayaraq ki, it demək olar ki, ölü idi. Bu artıq test sayılmır, qəddarlıq hesab, edilir.

Qayıdırıq yenə əvvəlki suala, Qurdbasarların test yoxlanışı lazımdırmı?. Bəli, çünki bu it dədə-babalarımızın uzun illərin selleksiyası nəticəsində yetişdirmişdir. Qurdbasarların yetişdirilməsində məqsəd insanın mal-qarası və o cümlədən əmlakını vəhşi heyvanlardan (həmçinin oğrulardan) qorumaq olmuşdur. Seleksiyada isə ən vacib amil damazlıq materialların seçilməsi olmuşdur. Əsrlərlə, qoyunçuluq maldarlıqla peşəkar səviyyədə məşğul olan, dədə-babalarımız qışlaqdan yaylağa köç edərkən, qurdbasarların test yoxlanışların keçirmişlər.

Yırtıcı heyvanlar, çox olan yaylaqlara, yola, düşərkən, çobanlar ən möhkəm, xarakaterə malik qurdbasarların yanlarında aparmışlar. Seçim etmək üçün isə test vacib amil idi. Bu həmçinin hansı, erkək, və ya dişinin gələcəkdə damazlıq işində istifadəsinədə əsas yaradırdı. Araşdırmalarımız zamanı qatışıq itlərin döyüşlərində bu “qayğı” görünmürdü.

Bəli , Qurdbasarlarada təlim keçmək olur, çox çətin olsada. Siz hər hansı digər cinslərə təlim keçə bilərsiniz, amma yırtıcılarla mübarizə aparmağı öyrədə bilməzsiniz. Qurdbasarlar mükəmməl qoruyucu, fitri təlim xüsusiyyətlərinə malikdirlər. Qurdbasarlara təlim keçilməsi çətin olsada, bu mümkündür.

Bakı , ətrafında, Qurdbasar qoruyan əraziyə, 2 oğru girir, itin hücumun ağır yaralı xilas olurlar.

Test yoxlanışları lazımdır, onlar mütləq davam etməlidir. Test yoxlanışları, qədim adət-ənənələrimizdəndir. Gəlin, əcdadlarımızdan bizə qalmış, it döyüşlərini yalnız , yoxlama məqsədilə qoruyaq.

Bunu, sivil qaydada, final yoxlamalarını qədim bayramımız olan Novruz bayramında həyata keçirək. Bu işin , aludəçisi olmaq, qurdbasarların maraq naminə, qanını axıtmaq isə bizə yaddır.