İlham Qasımzadədə

Bu ilin aprel ayının sonlarında. Azərbaycan Qafqaz çoban itləri həvəskarları birliyinin üzvləri Cəngi,Mərəzə yaşayış məntəqələrinin yaxınlığında yerləşən Şamaxı çobanlarının qışlaqlarını ziyarət etmək üçün dəvət alıblar. Birliyin üzvləri fermer Xəlil ilə görüşüblər.

Hər bir belə söhbət çox şey verir. Hər gün öz dördayaqlı köməkçiləri ilə birgə çalışan çobanların, bir çox ayrı-ayrı müşahidələrindən Azərbaycanın çoban itləri aləminin, anlayışında vahid təsəvvür yaranır. Çobanlardan, çoban itləri haqqında öyrəndiyimiz bir çox məlumat bizim şübhəsiz hesab etdiyimiz , "həqiqətləri" təksib edir. Buna görə ki, burada ağır iş, yüksək dağ iqlimi, az rasion, mübarizə aparılan yırtıcı heyvanlar var, bunların hamısı həqiqətdir və ciddidir.

Fermer Xəlilin qoyun sürüləri, məhşur qurdbasar yetişdiricisi Cahangir Zeynalova məxsus qoca Motuq xəttindən olan itlər tərəfindən mühafizə olunur. Qoyun sürüsündə, gördüyümüz itlərin əksəriyyəti qısa tüklü, ağzı qara, qızılı-sarı rəngdə idi. Nəsli qoca Motuqun doğma qardaşı( İt döyüşlərinin çempionu 1997-2001) Motuq II və çoban iti Şirxan Qaşqanın məhşur köpəklərindən gəlir.

Motuq II

Bütün itlər normal psixika və davamlılığa malikdir. Bir çox çobanlar, bizə öz itlərinin müxtəlif , yırtıcı heyvanlarla , döyüşlərindən danışdılar.

Biz çoban Əbdül ilə söhbətləşdik, onun valideynləri bütün ömrü boyu Azərbaycanın hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın, Qubadlı rayonlarının ərazilərində qoyunçuluqla məşğul olublar. Xəlilin qoyun sürüsünün, baş çobanı olan, Əbdül, bizə birbaşa iştirakçısı olduğu maraqlı epizod danışdı. Qışda qoyun sürüsünə canavar sürüsü hücum edib.

Azərbaycan çöl canavarı

Canavarlar çöl canavarı olub, onlar dağlarda olan canavarlardan, daha kiçik, lakin daha hərəkətli, aqressivdir. Çoban itləri hücumunu dəf etməyə başlayıb. Lider olan Motuq 2 dərhal səhvsiz olaraq başçı canavarı müəyyən edib və onu sinəsi ilə vurub yıxıb. Döyüş başlayıb. Ölümcül döyüşdə hər ikisi yarğana düşüb. Odlu silahdan bir neçə atəşdən və gələn yardımdan sonra canavarlar geri çəkilib. Əbdül qeyd edib: Mən aşağı yarğana qaçdım və belə bir mənzərə ilə qarşılaşdım: Motug II ölü canavarın üstündə uzanmışdı. Mən inanmadım ki, necə olarki 8 yaşında olan, iki köpək dişi olmayan it bu cür qəddar heyvanı boğub öldürə bilsin. "Motug II arxa ayaqlarını zədələyib, lakin bir aydan sonra öz işinə qayıdıb. Əbdül həmçinin qeyd edib ki, qışda hava pis olduğu zaman, qoyun sürülərinə çaqqallar yaxınlaşırlar, onların qurbanı əsasən sürüdən ayrılmış quzular olurlar.

çöl çaqqalı

Hazırda qoyun sürüsünü Motuğun oğulları cavan köpəklər Pota, Kaplan qoruyur. Onların özlərini güclü keşikçilər kimi göstəriblər. Bəzən onlar canavarların ulamaları eşidilən, dağ istiqamətində cəsur reydlər edirlər.

Akuş

Farmer Xəlil və çobanlar bizi milli yeməklərə, quzu kababına, keçi südündən hazırlanmış pendirə qonaq etdilər. Çox dadlı idi. Bizim xahişimizlə onlar müvəqqəti olaraq, Motuğu damazlıq işində istifadə etmək üçün İlham Qasımzadəyə verməyə razılaşıblar. Çobanlar qurdbasarı hörmətlə yola saldılar.

İkinci dəfə biz bu ilin may ayında səfər etdik. Bu dəfə bizi Nəvai qəsəbəsinə dəvət etdilər, burada Quba rayonu çobanlarının qışlaqları yerləşir. Biz Quba rayonu Adur kəndinin qurdbasar yetişdiricisi çoban Elşad Ramazanovun qonağı olduq.

Çoban bizə öz itlərindən danışdı. Qoyun sürüsünü dişi itlər Məzəli, Qaşqa və onların oğulları cavan erkəklər Qızıl və Pota qoruyurdular .

məsh

Qaşqa

E.Ramazanovun sözlərinə görə bu qış canavarlar cəmi bir dəfə sürüyə hücum etməyə cəhd ediblər. Lakin son zamanlar sayı artan, çöl vaşağı ilə bağlı böyük problemlər var. Bu yaxınlarda sürünü müdafiə edərkən Məzəli bir vaşağı boğub öldürüb. Çöl pişiklərinin artan aktivliyi bütün qoyunçuları narahat etməyə başlayıb. İtlər onları qovmağa kömək edirlər. Azərbaycanda çöl vaşağını vurub öldürmək qəti qadağandır, çünki Qırmızı kitaba salınıb.

Çoban Hüseynağa bizə maraqlı hadisə danışdı. Hüseynağanın sözlərinə görə, gündüz vaxtı bir canavar külək tutmayan tərəfdən quzuların olduğu dama yaxınlaşıb, içəri tullanıb, damda dəlik açıb, içəri sallanıb, ayağı ilə döşəməyə, qədər olan məsafəni yoxlayıb. Geri qayıda bilməyəcəyini başa düşüb, çünki damın hündürlüyü, buna imkan verməyib , səssiz çıxıb gedib. Onu müşahidə etmək maraqlı olub və biz onun ovçu üsullarını nəzərə aldıq. Hal-hazırda çobanın qoyun sürüsü dişi it Pələng və gənc küçüklər Saymaz, Qorxmaz tərəfindən qorunur.

Dişi it Məzəlinin iş və cins keyfiyyətlərini bilərək, biz E.Ramazanovdan iti damazlıq işlərində istifadə etmək üçün İlham Qasımzadəyə verməsini xahiş etdik. E.Ramazanov razılaşıb və Məzəli ilə Motuqdan ona küçük verilməsini xahiş etmişdi.

Sonda. Çobanlarla görüşərək, biz müəyyən etdik ki, onları itlərin xarici görnüşü və ya gözəl rəngi tamamilə maraqlandırmır. Onların fikirləri bizim fikirlərimizdən fərqlənirdi. Öz xarici görnüşünə görə bizim xoşumuza gələn,itlər çobanları heç də maraqlandırmırdı.

Böyük başlar, enli ayaqlar, bir rəng, böyük boy və çəki bizim xoşumuza gəlirdi, çobanlar isə əsasən dözümlülük, cəsarət və aqressivlik kimi xassələri, güclü əzələləri qiymətləndirirlər. Onların fikrincə, qurdbasarın başı çox böyük olsada, ağzı geniş və bir qədər içəri əyilmiş köpək dişləri olmalıdır. Köpək dişləri kəskin və möhkəm olmalıdı. Çobanlar iddia edirlər ki, Azərbaycan çoban itlərinin yerli cinsləri hətta indi az öyrənilib,bu itlərin davranışında bir çox amillər indiyədək qaranlıq qalır.